İsmayıllıda “Şəhərdən Kəndə” layihəsi çərçivəsində dəstək tədbirlərinə başlanılıb.-FOTO

 
İsmayıllı rayonunun Təzəkənd kəndində “Şəhərdən kəndə” layihəsinə start verilib.

Şəffaflıq.az xəbər verir ki, ilk dəstək İsmayıllı rayonunun Təzəkənd kəndində fermer Ramtiq Alızadənin “Lakeside Garden” təsərrüfatına göstərilib. Görülmüş işlərlə tanış olmaq məqsədi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və “Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin sədri Aqil Quliyev,Kənd Təsərrüfatı Nazirliyinin məsul əməkdaşları təsərrüfatı ziyarət ediblər.
“Lakeside Garden” təsərrüfatı aqroturizm fəaliyyətinə “Şəhərdən Kəndə” layihəsinə qoşulduqdan sonra başlayıb. Layihə çərçivəsində təsərrüfat sahibi aqroturizm modulu üzrə keçirilən xüsusi təlim proqramında iştirak edib və proqramı uğurla tamamlayıb. Yay sezonu olduğu üçün hazırda təsərrüfatı bir ay ərzində 250-300 turist ziyarət edir.

“Şəhərdən Kəndə” layihəsinin dəstəyi ilə təsərrüfatda yenidənqurma işləri (söhbətgah, sanitar qovşaq tikintisi) aparılıb. Təsərrüfatın girişi və hərəkət hissəsi abadlaşdırılıb, ərazinin işıqlandırılması yaxşılaşdırılıb.

Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.
 
Dəyanət İsmayılov.
İsmayıllı rayonu
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}