Əsas Səhifə > REGİON / Cəmiyyət > İsmayıllıda “Şəhərdən Kəndə” layihəsi çərçivəsində dəstək tədbirlərinə başlanılıb.-FOTO
İsmayıllıda “Şəhərdən Kəndə” layihəsi çərçivəsində dəstək tədbirlərinə başlanılıb.-FOTO18-06-2021, 20:14 |
![]() İsmayıllı rayonunun Təzəkənd kəndində “Şəhərdən kəndə” layihəsinə start verilib. Şəffaflıq.az xəbər verir ki, ilk dəstək İsmayıllı rayonunun Təzəkənd kəndində fermer Ramtiq Alızadənin “Lakeside Garden” təsərrüfatına göstərilib. Görülmüş işlərlə tanış olmaq məqsədi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və “Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin sədri Aqil Quliyev,Kənd Təsərrüfatı Nazirliyinin məsul əməkdaşları təsərrüfatı ziyarət ediblər. ![]() ![]() ![]() ![]() ![]() ![]() “Şəhərdən Kəndə” layihəsinin dəstəyi ilə təsərrüfatda yenidənqurma işləri (söhbətgah, sanitar qovşaq tikintisi) aparılıb. Təsərrüfatın girişi və hərəkət hissəsi abadlaşdırılıb, ərazinin işıqlandırılması yaxşılaşdırılıb. Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır. Dəyanət İsmayılov. İsmayıllı rayonu Şəffaflıq.az Geri qayıt |