"Neftçi" bu 4 klubdan biri ilə düşəcək - Çempionlar Liqası

 Azərbaycanı 2021/2022 mövsümündə  Çempionlar Liqasında təmsil edəcək "Neftçi"nin potensial rəqiblərinin sayı 4-ə enib.
Şəffaflıq.az qol.az-a istinadən xəbər verir ki, mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq və püşkatmada səpələnməmişlər sırasında yer alacaq Bakı təmsilçisi  "Ludoqorets" (Bolqarıstan), "Şerif" (Moldova), "Dinamo" (Tiflis, Gürcüstan) və ya "Kayrat" (Qazaxıstan) klublarından biri ilə düşəcək.
Qeyd edək ki, sabah İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}