Rusiyada xəstəxananın reanimasiya şöbəsində yanğın olub, ölənlər var
Rusiyanın Ryazan şəhərində A.N.Semaşko adına xəstəxananın reanimasiya şöbəsində yanğın baş verib.
Şəffaflıq.az-ın məlumatına görə, bu barədə "TASS"a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, yanğın nəticəsində 3 nəfər həlak olub, 8 nəfər xəsarət alıb, 35 nəfər isə hadisə yerindən təxliyə edilib.
Bildirilir ki, xəsarət alan 8 nəfər şəhərin müxtəlif xəstəxanalarına çatdırılıb.
Yanğının səbəbi barədə məlumat verilmir.
Xəbəri paylaş
Facebook-da paylaş