Əsas Səhifə > Hadisə / Dünya > Rusiyada xəstəxananın reanimasiya şöbəsində yanğın olub, ölənlər var
Rusiyada xəstəxananın reanimasiya şöbəsində yanğın olub, ölənlər var9-06-2021, 09:09 |
Rusiyanın Ryazan şəhərində A.N.Semaşko adına xəstəxananın reanimasiya şöbəsində yanğın baş verib. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə "TASS"a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Məlumata əsasən, yanğın nəticəsində 3 nəfər həlak olub, 8 nəfər xəsarət alıb, 35 nəfər isə hadisə yerindən təxliyə edilib. Bildirilir ki, xəsarət alan 8 nəfər şəhərin müxtəlif xəstəxanalarına çatdırılıb. Yanğının səbəbi barədə məlumat verilmir. Geri qayıt |