Türkiyəyə göndərilən daha 6 qazimiz sağalaraq Vətənə dönüb

 Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 6 qazimiz sağalaraq Vətənə geri dönüb.
Fonddan bildirilib ki, həmin şəxslər aşağıdakılardır:
1. Quliyev Şahmar Anar oğlu
2. Əliyev Xəyyam Şəadət oğlu
3. Quliyev Şəhriyar Əsa oğlu
4. Eyvazov Səbuhi Rahim oğlu
5. Məmmədov Seymur Rafiq oğlu
6. Hüseynov Ülvi Məsum oğlu
Qeyd olunub ki, Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Bildirilib ki, onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 62 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq", - məlumatda bildirilib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}