Ədliyyə Nazirliyindən açıqlama - 3 cəzaçəkmə müəssisəsində test nəticələri pozitiv çıxıb


 

"Bu günədək ədliyyə sistemində çalışan şəxslərdən və məhkumlardan 13 minədək test nümunələri götürülüb. Aparılmış kütləvi test müayinələri nəticəsində cəmi 18 nəfərdə, o cümlədən 4, 12 və 14 saylı cəzaçəkmə müəssisələrində saxlanan məhkumlarda virusun göstəriciləri pozitiv çıxıb".

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslər dərhal izolyasiya olunub və xüsusi müalicə müəssisəsinə yerləşdirilib.

"Bu tibb ocağı zəruri avadanlıq və dərman vasitələri, habelə xüsusi havalandırma sistemi ilə təchiz olunub. Hazırda virusa yoluxmuş məhkumların sağlamlıq durumu kafidir, ağır vəziyyətdə olan yoxdur. Onların müalicəsi üçün müvafiq tədbirlər görülür və səhhətləri daim həkim nəzarətində saxlanır. Virusa yoluxmuş məhkumlardan vaxtı çatmış 2 nəfər şərti azad olunaraq izolyasiya və müalicə üçün TƏBİB-ə təhvil verilib", - deyə, nazirliyin məlumatında qeyd edilir.

Nazirlik bildirir ki, hazırda vəziyyət tam nəzarətdədir və narahatlığa əsas yoxdur.

Penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}