DSX-nin əsgəri özünü güllələyib

 

Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü əsgər Quliyev İbrahim Şamil oğlu ona təhkim olunmuş silahdan atəş açaraq, intihar edib.


Şəffaflıq.az Bizimyol.info-ya istinadən xəbər verir ki, intihar hadisəsi mayın 8-də baş verib.

Dərhal DSX rəisinin göstərişi ilə Sərhəd Qoşunların komandanı, general-leytenant Araz Məmmədov həmin hərbi hissəyə ezam olunub.

Hazırda hadisə yerində Hərbi Prokurorluğun əməkdaşları ilə birlikdə araşdırma aparılır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}