Əsas Səhifə > Kriminal > DSX-nin əsgəri özünü güllələyib
DSX-nin əsgəri özünü güllələyib8-05-2021, 11:57 |
Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü əsgər Quliyev İbrahim Şamil oğlu ona təhkim olunmuş silahdan atəş açaraq, intihar edib.Şəffaflıq.az Bizimyol.info-ya istinadən xəbər verir ki, intihar hadisəsi mayın 8-də baş verib. Dərhal DSX rəisinin göstərişi ilə Sərhəd Qoşunların komandanı, general-leytenant Araz Məmmədov həmin hərbi hissəyə ezam olunub. Hazırda hadisə yerində Hərbi Prokurorluğun əməkdaşları ilə birlikdə araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək. Geri qayıt |