Zəngəzurda şəhər və kəndlərin adları necə dəyişdirilib

 

Zəngəzur Azərbaycanın tarixi mahalıdır. Cümhuriyyətin süqutundan dərhal sonra bu ərazinin bir hissəsi Ermənistana verildi. Zamanla bütün mahal onların nəzarətinə keçdi. Onlar mümkün qədər kəndlərin hamısının adını dəyişdirməyə çalışıb. Bizimyol.info bu məsələyə diqqət ayırıb. Zəngəzur kəndlərinin əsl adlarını araşdırdıq.

Gorus – Bu rayonu Qoris adlandırır. Kəndlərin bir çoxu hələ bir əsr əvvəl baş verənlər zamanı sıradan çıxıb. Bağırbəyli və Ballıqayanı 1918-ci ildə dağıdıblar. Birinci Alyanlı 1905-ci il hadisələrindən sonra, İkinci Alyanlı, Xot 1920-ci, Şamsız 1940-cı ildən xarabalığa çevrilib. Hortuyüz məşhur quldur Andranik Ozanyanın qırğın törətdiyi kənddir. 283 nəfər qətlə yetiriləndən sonra yaşayış məskəni sahibsiz qalıb.
Gorusda adı tamamilə dəyişdirilən 10-a yaxın kənd var. Qaladərəsini Qalidzor, Bayanduru Bağatur, Əliqulunu Azataşen, Körünü Dzoraşen, Muğancıqı Haygedazor, Yayıcını Qarjis, Qurdqulaqı Vanand ediblər. Maldaşa Kaşuni adını qoyublar. İndi bu qədim Azərbaycan kəndində 11 sakin yaşayır.
Gorusda bir çox kəndlərin adlarını bəzi hərfləri dəyişdirməklə saxlayıblar. Ərəvusa Aravus, Şəhərcikə Şğarşik, Xanazaxa Xnatsax, Xınzırəkə Xndzoresk, Qaraunca Karaxunc, Şurnuxuya Şurnux, Xəzinəvara Xoznovar, Suvarıya Suvaranats, Tənzətapa Tandzatap deyirlər. Şahverdilərin yerində Vorotan qəsəbəsi yaradılıb.
Qafan – Zəngəzurun ən çox kənd olan rayonu Kapan adlandırılmağa başlanılıb. Burada adı tamamilə dəyişdirilən kəndlərin sayı daha çoxdur. Dəymədağlını Şrvenants, Kilsəkəndi Sraşen, Kürdkəndi Lernadzor, Sirkətası Xrdants, Axtaxananı Xladak, Çaykəndi Getişen, Kütqumu Gehanuş, Zeyvəni David-bek, Maqauzu Kaxnut, Pirməzrəni Katnarat, Dörnünü Antaraşat, Aşağı Gödəklini Barquşat, Yuxarı Gödəklini Vardavanq, Aşağı Qaraçiməni Ditsmayri, Bəydağı Xordzor, Xələci Atçanan, Qaradığanı Vanek, Müsəlləmi Dzaqikavan, Şabadini Yeğek, Pürülünü Verin Geqavank ediblər.
Qafanda da adı azacıq dəyişdirilən kəndlər var. Acıbaca Acabac, Ağvana Ağvani, Aşağı Xotanana Nerkin Xotanan, Aşağı Girətağa Nerkin Giratağ, Yuxarı Girətağa Verin Giratağ, Atqıza Atkiz, Əkərəkə Aqarak, Dövrusa Tavrus, Gığıya Geği, Həçətiyə Voçeti, Kuruda Karut, Qacarana Kacaran, Qovşuda Kavçut, Siznəkə Snak, Şıxovuza Şikaxox deyirlər. Keypəşin və Pəyhan ərazilərində Nor Astğaberd adlı yaşayış yeri yaradılıb, burada 53 nəfər məskunlaşıb. Gərdin adını Karda dəyişiblər, amma 2001-ci ildən burada yaşayış yoxdur. Kirsi də son sakini 20 il əvvəl tərk edib.
Aralıq Oxçu, Arxüstü 1905-ci il hadisələrindən sonra, Çullu ötən əsrin 40-cı illərində xarabalığa çevrilib. Daşnovda 1918-ci ildə qırğın törədilib, buranı insansız qoyublar. Cıbıllı, İncəvar, Turabxanlı, Yeməzli ötən əsrin 30-cu illərinin axırlarında, Şotalı il Təcədin məhz 1930-cu, Quşçulu 1950-ci, Əfsərli 1960-cı ildə ləğv edilib. Açağudan 1969-cu ildə bütün azərbaycanlılar çıxarılıb, bura ölü kəndə çevrilib. Ağkənd 20-ci əsrin əvvəllərində sıradan çıxıb. Pircavidan daha xüsusi yaşayış məntəqəsi deyil.
Meğri – Bu rayonda kəndlərin sayı çox deyil. Aldərəni Alvank, Kərçivanı Karçevan, Maralzəmini Txkut, Nüvədini Nrnadzor, Seyidləri Vardanidzor, Vəngi Vank adlandırmağa başlayıblar. Cəmi 12 nəfərin yaşadığı Puşgah rəsmi sənədlərdə Aygedzor kimi göstərilir.
Qarakilsə - Ermənistanda Sisyan rayonu kimi tanınır. İndi kəndlərindən Ağkənd Aşotavan, Ağudi Aqitu, Əngələfit Anqexakot, Bazarçay Gorayk, Borisovka Tşğuk, Comərdli Tanaat, Dərəbas Darbas, Dəstəgird Dastakert, Əlili Salvard, Ərəfsə Arevis, Qızılcıq İşxanasar, Murğuz Tşğuni, Sofulu Njdeh, Şələt Şaqat, Şamkənd Şamb, Şıxlar Torunik, Tulus Tolors, Urud Vorotnavan, Uz Uyts adlanır. Qalacıqla Məliklər birləşdirilib, ümumi ad kimi Spandaryan seçilib.
Məzrə kəndinin tarixi orta əsrlərə gedib çıxır. 1828-ci ildə İranın Xoy şəhərindən xeyli azərbaycanlı bura köçüb. Kəndə sovet dövründə Barsravan adını qoyublar. İndi Ermənistanda Mutsk kimi tanınır.
Saybalıya düşmən tərəfin ayağı ilk dəfə 1924-cü ildə dəyib. Buranı zəbt edəndən sonra adını Sarnakunk ediblər.
Arıqlını 1918-ci ildə xaraba qoyublar. Baharlıda qırğın bundan bir il əvvəl törədilib, salamat ev qalmayıb. Ərəmisdən də həmin ilin dekabrında azərbaycanlılar qovulub, yaşayış məskəni tarixin yaddaşına qovuşub. Pulkənd də bənzər taleyi yaşayıb.
Bozkəndin sakinləri elə 1918-ci ildə hücuma məruz qalıb, kəndi tərk etməli olublar. 1922-ci ildə doğma yurda qayıtmaq cəhdinə imkan verməyiblər. İndi buradan da əsər-əlamət qalmayıb. Əlişar, Qıvraq, Püsək ötən əsrin 30-cu illərinin sonlarından xarabalığa çevrilib. Şükar adlı kənd də qalmayıb. 1918-ci il qırğınları zamanı yerli sakinlər Naxçıvana üz tutub.
Təzəkənd 1905-ci ildən sonra xaraba qalıb. Amma müstəqillik illərində burada yaşayış məskəni salınıb. İndi Tasik adlanan kənddə 300 nəfərə yaxın sakin yaşayır.


Şəffaflıq.az
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}