Azərbaycanda qiymətləndiricilər üçün yeni məlumat platforması yaradılıb
Azərbaycanda qiymətləndirmə sektorunda fəaliyyət göstərən Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) yenilənmiş aqc.az internet saytının rəsmi təqdimat mərasimini keçirib. Şəffaflıq.az xəbər verir ki, tədbirdə AQC İdarə Heyətinin üzvləri, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər. AQC sədri Vüqar Oruc bildirib ki, yeni platforma cəmiyyətin fəaliyyətinin beynəlxalq standartlara inteqrasiyası və ictimaiyyət üçün daha əlçatan olması baxımından mühüm addımdır. O qeyd edib ki, saytda tətbiq edilən yeniliklər həm qiymətləndiricilər, həm də vətəndaşlar üçün əhəmiyyətlidir, bölmələr arasında rahat keçid və istifadəçi dostu mexanizmlər isə platformanın əlçatanlığını artırır.









Facebook-da paylaş








