Avropa Komissiyası təmiz enerjiyə keçidi sürətləndirmək üçün yeni plan elan edib


Avropa Komissiyası qiymət artımı və yanacaq tədarükündəki fasilələrin səbəb olduğu son illərin ən böyük böhranı fonunda Avropa İttifaqı (Aİ) ölkələrinin enerji siyasətini əlaqələndirməyə və təmiz enerjiyə keçidi sürətləndirməyə yönəlmiş "AccelerateEU" planını təqdim edib.

Şəffaflıq.az xəbər verir ki, bunu Brüsseldə Avropa Komissiyası kollegiyasının iclasından sonra jurnalistlərə icraçı vitse-prezident Teresa Ribera və enerji məsələləri üzrə komissar Dan Yorgensen təqdim ediblər.

Təcili tədbirlərin görülməsinə səbəb əvvəllər qlobal neft və mayeləşdirilmiş təbii qaz tədarükünün əhəmiyyətli hissəsinin keçdiyi Hörmüz boğazının bağlanmasından sonra dünya bazarlarında vəziyyətin kəskin şəkildə gərginləşməsi olub.

Rəsmilərin sözlərinə görə, Yaxın Şərqdə münaqişə başlayandan bəri Aİ-nin qazıntı yanacağı idxalı xərcləri artıq 24 milyard avrodan çox – gündə 500 milyon avrodan çox artıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}