Yağıntılar intensivləşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi bölgələrində aprelin 23-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Culfa, Ordubad, Quba, Qusar, Xaçmaz, Xızı, Şabran, Siyəzən, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan, Mingəçevir, Göyçay, Hacıqabul, Neftçala, Salyan, Sabirabad, Qobustan, Şamaxı, Kəlbəcər, Laçın,Cəbrayıl, Füzuli, Zəngilanda isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Xəbəri paylaş
Facebook-da paylaş








