SEPAH Oman sahillərində konteyner gəmisinə hücum edib


Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Oman sahillərində gəmi ilə bağlı növbəti insidentdən xəbər verib.

Şəffaflıq.az-ın mərkəzin bəyanatına istinadən verdiyi məlumata görə, Omandan 15 dəniz mili (28 km) şimal-şərqdə olan konteyner gəmisində baş verən insident barədə məlumat daxil olub.

Qurumun məlumatına əsasən, gəminin kapitanı bildirib ki, gəmiyə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kateri yaxınlaşıb, bundan sonra gəmiyə atəş açılıb ki, bu da kapitan körpüsünün ciddi zədələnməsinə səbəb olub.

Bununla belə, yanğın və ya ətraf mühitə zərər qeydə alınmayıb, bütün heyət təhlükəsizlikdədir, - deyə UKMTO əlavə edib.

Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir sıra şəhərlərə zərbələr endiriblər. Əməliyyat Yaxın Şərqdə gərginliyin artmasına səbəb olub, münaqişəyə Fars körfəzi ölkələrinin hamısı cəlb edilib ki, bu da Hörmüz boğazının bağlanmasına gətirib çıxarıb.

İran, ABŞ və onların müttəfiqləri 8 aprel 2026-cı il gecəsi atəşkəs barədə razılığa gəliblər, bu atəşkəsin müddəti 21-dən 22 aprelə keçən gecə başa çatır.

Tərəflər Pakistanda münaqişənin həlli üzrə danışıqlar aparmağa cəhd ediblər, lakin 11-12 apreldə keçirilən birinci raund heç bir nəticə verməyib.

Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadası barədə bəyanat verib. Öz növbəsində, İran Fars körfəzi ölkələrinə yönələn gəmilər üçün Hörmüzun blokadası barədə bəyanat verib. Bölgədəki dinamik şəkildə dəyişən vəziyyət dünya enerji böhranına səbəb olub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}