“Avroviziya 2021”ə buraxılacaq tamaşaçıların sayı bəlli oldu

 Bu il Niderlandda keçiriləcək “Avroviziya - 2021” mahnı müsabiqəsinin təşkilatçıları yarşımanı izləmək üçün maksimum 3,5 min tamaşaçı qəbul edəcəklərini təsdiq ediblər.
Şəffaflıq.az xəbər verir ki, bu barədə təşkilatçıların yayımladığı açıqlamada göstərilib.
Bildirilib ki, 3,5 min insan Rotterdamın “Ahoy Arena” konsert zalının tutumunun 20 faizidir.
Qeyd olunub ki, 2020-ci ildə alınan biletlər keçərli olacaq. Tamaşaçılar yarışmanın altı məşqini, iki yarımfinal və final mərhələlərini izləyə biləyəcəklər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}