Azərbaycanın qızıl ixracı 19% artıb

      Bu ilin mart ayında Azərbaycan xarici ölkələrə 8,8 mln ABŞ dolları dəyərində qızıl ixrac edib.
Şəffaflıq.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayında bildirilir.
Bu, 2020-ci ilin mart ayının göstəricisi ilə müqayisədə 0,2 mln ABŞ dolları və ya 2,2% azdır.
Bu ilin yanvar-mart ayları ərzində isə Azərbaycan xarici ölkələrə 43,2 mln ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 2020-ci ilin ilk 3 ayı ilə müqayisədə 6,9 mln ABŞ dolları və ya 19% çoxdur.




Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}