Azərbaycan pambıq ixracını 16% azaldıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 91 702,18 min ABŞ dolları dəyərində pambıq ixrac olunub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idxalın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 16% azalıb.
Cari ilin səkkiz ayında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,93%-a bərabər olub.
Hesabat dövründə ölkədən 77 629,42 min dollar dəyərində 58 164,67 ton pambıq lifi ixrac olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 10%, həcm göstəricisi üzrə isə 4,8% azdır.
Cari ilin yanvar-iyul ayları ərzində ölkədən 11 306,74 min dollar dəyərində (azalma 44%) 5 488,92 ton (azalma 34,2) iplik pambıq ixrac olunub.
Bu ilin səkkiz ayında pambıq idxalının dəyəri 3 920,14 min dollar olub ki, bu da ötən ilin müvafiq göstəricisindən 3,5% azdır.
Yanvar-avqust ayları üzrə pambığın ümumi idxalda xüsusi çəkisi 0,06% təşkil edib.
Şəffaflıq.az
Facebook-da paylaş