Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 43 % azalıb

 

Bu il yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 22,746 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Şəffaflıq.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,9 % azdır.

Bu ilin ilk 11 ayında xarici ticarət dövriyyəsinin 13,060 milyard ABŞ dolları ixracın, 9,685 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,6 %, idxal isə 21,8 % azalıb.

Son nəticədə xarici ticarətdə 3,375 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 43 % azdır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}