“Azərenerji” elektrik enerjisi ixracını 30% azaldıb
Bu ilin yanvar-avqust aylarında "Azərenerji" ASC 42,6 milyon ABŞ dolları dəyərində 938,5 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edib.
Şəffaflıq.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 15,8 milyon ABŞ dolları (27,05%) və 407,5 milyon kVt/saat (30,3%) azdır.
Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,4%, qeyri-neft sektoru üzrə ixracında isə 3,7% paya malik olub.
Xəbəri paylaş
Facebook-da paylaş