Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > “Azərenerji” elektrik enerjisi ixracını 30% azaldıb

“Azərenerji” elektrik enerjisi ixracını 30% azaldıb


19-09-2020, 19:21

 

Bu ilin yanvar-avqust aylarında "Azərenerji" ASC 42,6 milyon ABŞ dolları dəyərində 938,5 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edib.


Şəffaflıq.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 15,8 milyon ABŞ dolları (27,05%) və 407,5 milyon kVt/saat (30,3%) azdır.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,4%, qeyri-neft sektoru üzrə ixracında isə 3,7% paya malik olub.

Geri qayıt