Əsas Səhifə > İqtisadiyyat > Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 43 % azalıb
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 43 % azalıb28-12-2020, 18:29 |
Bu il yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 22,746 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Şəffaflıq.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,9 % azdır. Bu ilin ilk 11 ayında xarici ticarət dövriyyəsinin 13,060 milyard ABŞ dolları ixracın, 9,685 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,6 %, idxal isə 21,8 % azalıb. Son nəticədə xarici ticarətdə 3,375 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 43 % azdır. Geri qayıt |