İşdən çıxarılan kişi direktorun otağına qumbara atdı - Sumqayıtda şok

  Sumqayıt şəhərində şirkət direktorunu öldürməyə cəhddə təqsirli bilinən Şirin Astanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Şəffaflıq.az xəbər verir ki, Sumqayıtda yerləşən "Azkompozit” MMC şirkətinin direktoru Rəsul Baxşəliyevi öldürməyə cəhd etməkdə ittiham olunan işçisi Şirin Astanovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Cavid Hüseynovun icraatına verilib.
Yaxın günlərdə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olacaq.
Qeyd edək ki, bu il martın əvvəlində Sumqayıtda yerləşən "Azkompozit” MMC şirkətinin direktoru Rəsul Baxşəliyevin kabinetinə gələn idarənin təsərrüfat işləri üzrə müdiri vəzifəsində işləmiş Şirin Astanov əvvəlki işinə bərpa olunmasını tələb edib.
Direktor "yox" cavabı verəndə Şirin Astanov onu döyüb.
Daha sonra Şirin Astanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxarıb, onu direktorun otağına ataraq partlatmağa çalışıb.
Amma qumbarada olan texniki nasazlıqdan partlayış baş verməyib.
Hadisə yerinə gələn polislər Şirin Astanovu tutub.
İstintaq orqanı tərəfindən Şirin Astanovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.Teleqraf.com

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}