Bakıda daha bir tədris müəssisəsi COVID-19-a görə bağlanıb
Bakıda daha bir tədris müəssisəsi koronavirus səbəbindən distant təhsilə keçib.
Şəffaflıq.az APA-ya istinadən məlumat verir ki, COVİD-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzi Bakıdakı Məktəb Lisey Kompleksində (200 və 43 saylı orta məktəblər) əyani tədris prosesinin aprelin 9-na qədər dayandırılmasına qərar verib.
Martın 29-dan dərslər distant şəkildə təşkil ediləcək.
Xəbəri paylaş
Facebook-da paylaş