Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

 

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb.

Şəffaflıq.az məlumat verir ki, Respublika İncəsənət Gimnaziyasında 8 müəllim və bir neçə şagirdin COVİD testi müsbət çıxıb. Bu səbəbdən məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

Məktəbin fəaliyyəti 14 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}