Azərbaycanda məktəb və universitetlər aprelin 20-nə qədər bağlı olacaq – RƏSMİ

Təhsil müəssisələrində tətilin vaxtı uzadılıb.
Minval.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlmat yayıb.
Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD – 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}