Əsas Səhifə > ELM VƏ TƏHSİL > Bakıda daha bir tədris müəssisəsi COVID-19-a görə bağlanıb
Bakıda daha bir tədris müəssisəsi COVID-19-a görə bağlanıb26-03-2021, 18:00 |
Bakıda daha bir tədris müəssisəsi koronavirus səbəbindən distant təhsilə keçib.Şəffaflıq.az APA-ya istinadən məlumat verir ki, COVİD-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzi Bakıdakı Məktəb Lisey Kompleksində (200 və 43 saylı orta məktəblər) əyani tədris prosesinin aprelin 9-na qədər dayandırılmasına qərar verib. Martın 29-dan dərslər distant şəkildə təşkil ediləcək. Geri qayıt |