Çində 5.4 bal gücündə zəlzələ baş verib
Çərşənbə günü Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Bölgəsində 5.4 bal gücündə zəlzələ qeydə alınıb.
Şəffaflıq.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 360 min insanın yaşadığı Hoçen şəhərindən 252 km cənub-şərqdə yerləşib.
Yeraltı təkanın ocağı isə 30 km dərinlikdə olub.
İtki və dağıntı barədə məlumat verilməyib.
Xəbəri paylaş
Facebook-da paylaş