Əsas Səhifə > Hadisə / Dünya > Çində 5.4 bal gücündə zəlzələ baş verib

Çində 5.4 bal gücündə zəlzələ baş verib


24-03-2021, 10:20

 

Çərşənbə günü Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Bölgəsində 5.4 bal gücündə zəlzələ qeydə alınıb.


Şəffaflıq.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 360 min insanın yaşadığı Hoçen şəhərindən 252 km cənub-şərqdə yerləşib.

Yeraltı təkanın ocağı isə 30 km dərinlikdə olub.

İtki və dağıntı barədə məlumat verilməyib.
Geri qayıt