“Microsoft” ən böyük kiberhücum barədə məlumat verib

  

“Microsoft” şirkətinin prezidenti Bred Smit ABŞ-ın CBS telekanalına müsahibəsində ötən ilin dekabr ayında şirkətin serverlərinə edilən hücumu “ən böyük və mürəkkəb kiberhücum” adlandırıb.  

“Korrespondent” resursu xəbər verir ki, “Microsoft” rəhbərinin sözlərinə görə, hücumların arxasında rusiyalı hakerlərin dayandığı güman olunur. Hücum nəticəsində serverlərə dəyən zərərin aradan qaldırılmasına isə aylarla vaxt lazım ola bilər.

“Biz həmin hücumla bağlı bütün məlumatları təhlil edəndə anladıq ki, bu bir-iki nəfərin işi deyil. Hücum üzərində mindən çox mühəndis çalışıb”, - deyə Smit bildirib.

Qeyd edək ki, Rusiya tərəfi bütün ittihamları rədd edib.

Xatırladaq ki, yanvarın 1-də hakerlər “Microsoft”un əsas koduna müvəqqəti giriş əldə ediblər. Şirkətdən verilən açıqlamaya görə, cinayətkarlar yalnız kodu görə bilib, lakin onu dəyişdirməyi bacarmayıblar.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}