Avropa Parlamenti Belarus AES-in işə salınmasını dayandırmağa çağırıb
Avropa Parlamenti Belarus Atom Elektrik Stansiyasının (AES) işə salınmasının dayandırılmasını özündə əks etdirən qərar qəbul edib.
Şəffaflıq.az xəbər verir ki, sənəddə Avropa İttifaqının tövsiyələri tam yerinə yetirilənə və bütün lazımi təhlükəsizlik tədbirləri görülənə qədər AES-in işə salınması məqbul hesab edilmir. 692 deputatdan 642-si qətnamənin lehinə səs verib.
Qeyd edək ki, Belarus AES ən böyük Rusiya-Belarus iqtisadi layihəsidir. Onun tikintisinin baş podratçısı “Rosatom”un bir hissəsi olan “Atomstroyeksport”dur.
Stansiyanın birinci blokunun 2021-ci ildə, ikincisinin isə 2022-ci ildə istifadəyə veriləcəyi gözlənilir.
Xəbəri paylaş
Facebook-da paylaş