Trampın kürəkəni Nobel mükafatına namizəd göstərilib - İsrail-ərəb barışığına görə

 

Ağ Evin sabiq böyük müşaviri, Amerika Birləşmiş Ştatlarının (ABŞ) eks-prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və onun müavini Avi Berkovits Nobel sülh mükafatına namizəd irəli sürülüblər.

Onların hər ikisinin də namizədliyi İsraillə ərəb ölkələri arasında münasibətlərin normallaşması istiqamətindəki fəaliyyətinə (dörd müqavilə üzrə) görə irəli sürülüb. Kuşner özü bəyan edib ki, onun üçün bu mükafata namizədliyinin irəli sürülməsi böyük şərəfdir. Mükafatın oktyabr aynda təqdim olunacağı gözlənilir.

Agentliyin məlumatına görə, cari ildə namizədlər sırasına İsveç ekologiya fəalı Qreta Tunberq, rusiyalı müxalifətçi Aleksey NavalnıÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) da daxildir.

Xatırladaq ki, dekabrın 10-da İsrail və Marokko diplomatik münasibətlərin tam normallaşması barədə razılığa gəliblər.


Sentyabrda Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn ABŞ-ın vasitəçiliyi ilə İsraillə münasibətlərin tam normallaşması barədə saziş imzalayıblar. Oktyabrda isə İsraillə Sudan analoji razılıq əldə ediblər.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}