Hökumət qaz təsərrüfatında mövcud problemləri müzakirə etdi, müvafiq tapşırıqlar verildi
Yanvarın 28-də Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərliyi ilə respublikanın qaz təsərrüfatında mövcud problemlərə, o cümlədən qazdan səmərəli və təhlükəsiz istifadə qaydalarına həsr olunmuş videoformatda iclas keçirilib.
Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda mövcud problemlərin həlli istiqamətində müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.
İclasda Azərbaycan Respublikası Baş Prokurorluğunun, Energetika, Fövqəladə Hallar, Ədliyyə, Maliyyə, İqtisadiyyat nazirliklərinin, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, SOCAR-ın və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi iştirak edib.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş