Kolumbiyanın müdafiə naziri koronavirusdan vəfat etdi

 

Kolumbiyanın müdafiə naziri Karlos Holms Troxilo koronavirusdan vəfat edib.

Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə rəhbəri İvan Duke Markes bildirib.

“Vaxtsız bir ölüm oldu, Troxilo mənim dostum, ortağım, iş yoldaşım və nazirim idi”, - deyə Markes qeyd edib.

Nazirin 12 yanvarda koronavirusdan verdiyi testin nəticəsi pozitiv çıxıb və bu müddət ərzində xəstəxanada müalicə alıb.

Qeyd edək ki, Kolumbiyada bu günə qədər 2 milyondan çox insan koronavirusa yoluxub, 51,747 nəfər isə həyatını itirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}