Əsas Səhifə > Gündəm / Dünya > Kolumbiyanın müdafiə naziri koronavirusdan vəfat etdi

Kolumbiyanın müdafiə naziri koronavirusdan vəfat etdi


27-01-2021, 08:41

 

Kolumbiyanın müdafiə naziri Karlos Holms Troxilo koronavirusdan vəfat edib.

Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə rəhbəri İvan Duke Markes bildirib.

“Vaxtsız bir ölüm oldu, Troxilo mənim dostum, ortağım, iş yoldaşım və nazirim idi”, - deyə Markes qeyd edib.

Nazirin 12 yanvarda koronavirusdan verdiyi testin nəticəsi pozitiv çıxıb və bu müddət ərzində xəstəxanada müalicə alıb.

Qeyd edək ki, Kolumbiyada bu günə qədər 2 milyondan çox insan koronavirusa yoluxub, 51,747 nəfər isə həyatını itirib.

Geri qayıt