Gürcüstanda koronavirusa 546 yeni yoluxma qeydə alınıb - 17 nəfər vəfat edib

 

Gürcüstanda son sutkada daha 546 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 1 456 nəfər sağalıb, 17 pasiyent isə vəfat edib.

Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 253 518 yoluxma faktı təsdiqlənib. Yoluxanların 242 085-i sağalıb, 3 055-i isə dünyasını dəyişib.

Karantin rejimində 511, stasionar nəzarətdə isə 3 272 nəfər saxlanılır. 443 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}