Əsas Səhifə > Gündəm / Dünya > Gürcüstanda koronavirusa 546 yeni yoluxma qeydə alınıb - 17 nəfər vəfat edib
Gürcüstanda koronavirusa 546 yeni yoluxma qeydə alınıb - 17 nəfər vəfat edib24-01-2021, 11:24 |
Gürcüstanda son sutkada daha 546 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 1 456 nəfər sağalıb, 17 pasiyent isə vəfat edib. Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 253 518 yoluxma faktı təsdiqlənib. Yoluxanların 242 085-i sağalıb, 3 055-i isə dünyasını dəyişib. Karantin rejimində 511, stasionar nəzarətdə isə 3 272 nəfər saxlanılır. 443 nəfər isə xüsusi otellərdə müalicə olunur. Geri qayıt |