“Boeing” şirkəti İndoneziyadakı təyyarə qəzasını şərh edib
“Boeing” şirkəti “Srivijaya Air” aviaşirkətinin “Boeing 737-500” sərnişin təyyarəsinin Yavan dənizində qəzaya uğramasını diqqətlə izləyir.
Şəffaflıq.az bildirir ki, bu barədə şirkətin tvitterində bildirilib.
“Biz KİV-lərin Cakartadan olan xəbərlərindən məlumatlıyıq və vəziyyəti diqqətlə izləyirik. Biz daha çox məlumat toplamaq üçün çalışırıq”, - paylaşımda deyilir.
Qeyd edək ki, dənizə düşən təyyarənin göyərtəsində 65 nəfər olub.
Xəbəri paylaş
Facebook-da paylaş