“Boeing 737 MAX” təyyarələrinin sınaqları başlayır

 


“Boeing 737 MAX” seriyalı iki təyyarənin qəzaya uğramasından sonra istifadəsinə qadağa qoyulan bu model laynerlərin sertifikasiya çərçivəsində uçuş sınaqları iyunun 29-da başlayacaq.

Şəffaflıq.az Azertac-a istinadla xəbər verir ki, uçuş zamanı qəzalara səbəb olan MCAS-ın (Maneuvering Characteristics Augmentation System – Manevr xarakteristikasını yaxşılaşdırma sistemi) dəyişdirilmiş müdafiə sistemi test ediləcək.

Sınaqlar Vaşinqton ştatının səmasında keçiriləcək və azı üç gün davam edəcək. 

Xatırladaq ki, “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX” təyyarəsi ötən il martın 10-da Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. Bundan bir müddət əvvəl - 2018-ci il oktyabrın 29-da isə İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus eyni modelli təyyarənin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.

“Boeing” kompaniyası qəzadan öncə hər iki təyyarənin MCAS sisteminin işində nasazlıq olduğunu etiraf etmişdi. Bundan sonra ABŞ və Avropa İttifaqı dövlətləri də daxil olmaqla, bir çox ölkə bu modelli təyyarələrdən istifadəni dayandırmışdı.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}