Səudiyyə Ərəbistanı bu tarixədək sərhədlərini açmayacaq
Səudiyyə Ərəbistanı koronavirus pandemiyası ilə əlaqədar sərhədlərini martın 31-dək bağlı saxlayacaq.
Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin “Al Arabiya” kanalı ölkənin Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat yayıb. Bildirilir ki, martın 31-dən sonra ölkənin digər dövlətlərlə gediş-gəlişi bərpa olunacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı koronavirusun yeni mutasiyası səbəbindən ötən il dekabrın 21-dən etibarən beynəlxalq uçuşları dayandırıb, dəniz və quru sərhəd keçid məntəqələrini bağlayıb.
Xəbəri paylaş
Facebook-da paylaş