İtaliyada koronavirusa bir gündə 10 mindən çox yoluxma qeydə alınıb

 

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 10 405 nəfər yoluxub.


Şəffaflıq.az xəbər verir ki, bu barədə həmin ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 261 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 71 620 nəfərə çatıb.

Ölkədə hazırda 580 941 aktiv koronavirus xəstəsi var, onlardan 2582-si ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 2 038 759 nəfərdən 1 386 198 nəfər sağalıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}