Son sutkada İtaliyada koronavirusa 845 yeni yoluxma faktı qeydə alınıb
İtaliyada koronavirusa gündəlik yoluxma sayı yenidən artıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, ölkədə koronavirus infeksiyasına gündəlik yoluxma sayı aylar ərzində ilk dəfə rekord həddə - 845-ə çatıb.
Səhiyyə Nazirliyi bildirib ki, Lazio da daxil olmaqla ölkənin üç regionunda gündəlik yoluxma 100-ü keçib.
Qeyd edək ki, İtaliyada pandemiya başlayandan indiyədək 256118 nəfər infeksiyaya yoluxub, onlardan 35418 nəfəri vəfat edib.
Son sutka ərzində koronavirusa yoluxmuş 6 nəfər vəfat edib.
Xəbəri paylaş
Facebook-da paylaş