İtaliyada 338, Britaniyada isə 1514 yeni yoluxma
İtaliyada son sutka ərzində 338 nəfər koronavirus infeksiyasına yoluxub.
Şəffaflıq.az bildirir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.
Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 236 989 nəfərdir. Son bir gündə pandemiya qurbanlarının sayı 44 nəfər artaraq 34 345-ə çatıb.
Böyük Britaniyada isə son sutka ərzində 1514 nəfər koronavirusa yoluxub, daha 36 nəfər infeksiyanın qurbanı olub.
Ümumilikdə, Britaniyada indiyədək 295 889 nəfərdə koronavirusa yoluxma aşkar edilib, 41 698 xəstə dünyasını dəyişib.
Xəbəri paylaş
Facebook-da paylaş