İtaliyada COVID-19-dan ölənlərin sayı 34,7 mini ötdü

 

Son sutkada İtaliyada COVID-19-dan 30 nəfər ölüb.


Şəffaflıq.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, bununla da pandemiya qurbanlarının ümumi sayı 34 708 nəfərə çatıb.

Bildirilir ki, Qərbi Avropa ölkəsində pandemiyanın başlanğıcından təhlükəli virusa demək olar, 240 min nəfər yoluxub. Bununla yanaşı, virusa yoluxmuş 187 min insan sağalıb.

Qeyd edək ki, ötən gün İtaliyada 34 nəfər COVID-19-dan ölmüşdü. Ölkədə koronavirusdan ən çox ölüm martın sonlarında qeydə alınıb. Həmin vaxt bir gündə 969 nəfər pandemiyanın qurbanı olub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}