İtaliyada bir sutkada 17 minədək insan koronavirusa yoluxub
İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 16 999 nəfər artıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 887 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 62 626 nəfərə çatıb.
Ölkədə hazırda 696 527 aktiv koronavirus xəstəsi var, onlardan 3291-i ağır vəziyyətdədir.
Bütün pandemiya dövrü ərzində yoluxmuş 1 787 147 nəfərdən 1 027 994 nəfər sağalıb.
Xəbəri paylaş
Facebook-da paylaş