İtaliyada koronavirus qurbanlarının sayı 35 mini keçib

 

İtaliyada son sutkada koronavirusdan 20 nəfər ölüb.

Şəffaflıq.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bununla da ölkədə yeni virusdan ölənlərin ümumi sayı 35 017 nəfərə çatıb. Koronavirus infeksiyası hallarının ümumi sayı isə son 24 saat ərzində 230 nəfər artaraq 243 736-ya yüksəlib.

Hazırda COVID-19-a yoluxmuş 12 473 aktiv xəstənin olduğu bildirilir. Reanimasiya şöbələrində 53 nəfər müalicə alır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}