İtaliyada koronavirusa yoluxanların sayı 2 milyonu keçib
İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı 2 milyonu ötüb, son bir gündə daha 18 040 nəfər bu virusa yoluxub.
Şəffaflıq.az xəbər verir ki, bu barədə həmin ölkənin Səhiyyə Nazirliyi bildirib.
Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 505 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 70 900 nəfərə çatıb.
Ölkədə hazırda 593 632 aktiv koronavirus xəstəsi var, onlardan 2589-u ağır vəziyyətdədir.
Bütün pandemiya dövrü ərzində yoluxmuş 2 009 317 nəfərdən 1 344 785 nəfər sağalıb.
Xəbəri paylaş
Facebook-da paylaş