“Dönetsk və Luqanskı Rusiyaya birləşdirin” - Dövlət Dumasında Putinə çağırış

 

Rusiya Dövlət Dumasında prezident Vladimir Putini Donetsk və Luqansk “xalq respublikalarını” Rusiya Federasiyasına birləşdirməyə, beləliklə də onları Rostov vilayətinin bir hissəsinə çevirməyə çağırıblar.

Şəffaflıq.az xəbər verir ki, «Yujnıy Federalnıy» nəşrinin yazdığına görə uyğun təşəbbüslə Liberal Demokrat Partiyasından olan deputat, Dövlət Duması Müdafiə məsələləri komitəsinin sədr müavini Aleksandr Şerin çıxış edib.

Deputatın fikrincə, Donbas “respublikalarını” birləşdirmə prosesini mümkün qədər tez və nə qədər ki, Ukrayna NATO-a daxil omayıb, başlamaq lazımdır.

Şerin xatırladıb ki, Luqansk və Donetskdən Rostova avtomobillə cəmi 2 saatlıq yoldur. Ona görə də vacibdir ki, NATO qoşunlarının Ukraynaya daxil olmasına qədər “DXR” və “LXR” Rusiyanın tərkibinə daxil olsunlar.

Onun fikrincə, Rusiya artıq belə addım atmaq üçün kifayət qədər güclüdür.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}