Anar Bağırov: Azərbaycanda vəkillərin sayı və nüfuzu xeyli artıb

Azərbaycanda vəkillərin sayı və nüfuzu xeyli artıb. “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamından sonra həyata keçirilən tədbirlər nəticəsində vəkilliyin inkişafı göstərir ki, bu peşəyə maraq xeyli artıb. Gənc hüquqşünaslar vəkil olmaq istəyirlər.
Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov martın 30-da jurnalistlərə müsahibəsində deyib.

A.Bağırov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, Vəkillər Kollegiyası Dövlət İmtahan Mərkəzi ilə birgə müntəzəm olaraq vəkilliyə qəbul imtahanları keçirir. Təkcə Bakıda deyil, regionlarda fəaliyyət göstərən hüquqşünaslar da vəkil olmaq arzusundadırlar. Bu gün imtahan verən namizədlər arasında regionlardan olan xeyli sayda hüquqşünas var. Ümid edirəm ki, bu imtahandan sonra regionlarımızdakı vəkillərin sayı artacaq. Beləliklə, regionlarda olan vəkil qıtlığı aradan qalxacaq.
Kollegiyanın vəkilliyə qəbulla bağlı sənədlərin qəbulunu müntəzəm apardığını deyən A.Bağırov qeyd edib ki, reallaşdırılan islahatlar, görülən tədbirlər müsbət nəticəsini verir. Ümumiyyətlə, son illər ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları uğurla və davamlı qaydada həyata keçirilir. Vəkillər Kollegiyası bu islahatlar nəticəsində mobil, çevik və ölkə vətəndaşlarına keyfiyyətli hüquqi yardım göstərən peşəkar qurum kimi fəaliyyətini davam etdirir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}