N.Sarkozi ilə bağlı məhkəmə qərarı mart ayında veriləcək
Paris məhkəməsi keçmiş prezident Nikola Sarkoziyə qarşı məhkəmə qərarını 1 mart 2021-ci ildə açıqlayacaq.
Bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
23 noyabrda başlayan dinləmələr 9 dekabrda keçmiş prezidentin müdafiə tərəfinin, habelə keçmiş vəkili Tyerri Erzoq və Konstitusiya Məhkəməsinin keçmiş hakimi Jilber Aziberin çıxışı ilə sona çatıb. Sarkozi məhkəmə salonunda “ölkəsinin ədalətinin obyektivliyinə inandığını” bildirib.
9 dekabrda Milli Maliyyə Prokurorluğu Sarkozinin telefon dinləmə faktı ilə bağlı 4 il həbs cəzasına (onlardan ikisi şərti) məhkum edilməsini istəyib.
Prokurorluq Erzoq və Aziber üçün də eyni cəza tələb edib.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş