Əsas Səhifə > Dünya > N.Sarkozi ilə bağlı məhkəmə qərarı mart ayında veriləcək
N.Sarkozi ilə bağlı məhkəmə qərarı mart ayında veriləcək11-12-2020, 11:20 |
Paris məhkəməsi keçmiş prezident Nikola Sarkoziyə qarşı məhkəmə qərarını 1 mart 2021-ci ildə açıqlayacaq.Bu barədə “France-Presse” agentliyi məlumat yayıb.23 noyabrda başlayan dinləmələr 9 dekabrda keçmiş prezidentin müdafiə tərəfinin, habelə keçmiş vəkili Tyerri Erzoq və Konstitusiya Məhkəməsinin keçmiş hakimi Jilber Aziberin çıxışı ilə sona çatıb. Sarkozi məhkəmə salonunda “ölkəsinin ədalətinin obyektivliyinə inandığını” bildirib. 9 dekabrda Milli Maliyyə Prokurorluğu Sarkozinin telefon dinləmə faktı ilə bağlı 4 il həbs cəzasına (onlardan ikisi şərti) məhkum edilməsini istəyib. Prokurorluq Erzoq və Aziber üçün də eyni cəza tələb edib. Şəffaflıq.az Geri qayıt |